Azərbaycan güləşçilərindən Rumıniyada 3 medal

Azərbaycan güləşçilərindən Rumıniyada 3 medal

Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının 4-cü mərhələsi baş tutub.

Sports.az xəbər verir ki, ölkəmizi bu yarışda Ramiz Həsənov (70 kq), İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edib. Güləşçilərimiz qrup mərhələsini uğurla adlayaraq yarımfinala yüksəliblər. 

Həsənov yarımfinalda Valentin Seymetslə gərgin keçən görüşdən qalib ayrılıb – 3:2. Ramiz finalda ukraynalı Aleksey Boruta 0:3 hesabıyla məğlub olaraq gümüş medalla kifayətlənib.

Yusubov final yolunda amerikalı Tayson Beauperthuya heç bir şans tanımayıb – 3:0. İbrahim həlledici görüşdə ukraynalı Aleksey Yakovçuka tam üstünlüklə (3:0) qalib gələrək qızıl medal qazanıb. 

Nəzəriani prinsipial görüşdə gürcüstanlı Mamuka Kordzayanı üstələyib – 1:0. Türkiyəli Fatih Yaşarlıyla final qarşılaşması gərgin mübarizə şəraitində keçib. Son saniyələrdə qələbəni əldən verən Oyan 2:3 hesabıyla məğlub olub və gümüş medalı boynundan asıb.

Beləliklə, çimərlik güləşi üzrə millinin üzvləri Dünya Seriyasının dördüncü mərhələsində 1 qızıl və 2 gümüş medal qazanıb. 

Dünya Seriyasının final mərhələsi oktyabrın 14-15-də Türkiyənin Muğla şəhərində keçiriləcək.

Son xəbərlər
Rivaldo “Real”a və Xabi Alonsoya tövsiyə verdi
PSJ səfərdə xal itirdi
“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı
“Sabah” yenə məğlub oldu
“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
Ferdinand Kazemironu təriflədi
Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən söhbət açdı
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi
“Neftçi” Vensan Abubakarın arxasınca qaçmayıb” - Samir Abasov
“Azərbaycan basketbolu düzgün yoldadır”
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”
Xəlilovlar ailəsinin acı günü
“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi
FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
“Neftçi” də sürprizə imkan vermədi
Spalletti “Yuventus”u çalışdıracaq?
Rivaldo Vinisiusun səhv etdiyi qənaətindədir
“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
DAHA ÇOX

Ən çox oxunanlar