“Hər ikimiz bir-birimiz üçün sürprizik”

“Hər ikimiz bir-birimiz üçün sürprizik”

Belqradda keçirilən dünya çempionatında Olimpiadaya ilk lisenziya əldə edən güləşçimiz Maqomedxan Maqomedov oldu.

Sports.az xəbər verir ki, Serbiya, Türkiyə, Almaniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksələn yığma üzvü 97 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırdı.

Maqomedxan Maqomedov bununla bağlı təəssüratlarını Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətiylə bölüşüb:

“Neçə ildi məşqlər edirdik, hazırlaşırdıq. Bu yerdə olmağıma görə atama təşəkkür edirəm. Azərbaycana, federasiya rəhbərliyinə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm.

Bu gün Allah bizim tərəfimizdə idi. Daha öncə Gürcüstan güləşçisinə 2 dəfə məğlub olmuşdum. Burada revanş aldım.

Finaldakı rəqibim haqqında onu deyə bilərəm ki, hər ikimiz bir-birimiz üçün sürprizik. İndiyədək heç vaxt qarşılaşmamışıq. Çox gənc və yaxşı güləşçidir. Kayl Snayderə tam üstünlüklə qalib gəldi. Abdulrəşidi məğlub etdi. Ancaq Sadullayevin zədəsi var idi. Yaxşı formada deyildi. Açığı, finalda Abdulrəşidlə qarşılaşmaq istərdim. Daha öncə dəfələrlə turnirlərdə güləşmişik və ona uduzmuşam. Ancaq bu dəfə onunla qarşılaşmaq qismət olmadı.

Bütün normal və özünə hörmət edən idmançıların arzusu olimpiya çempionu olmaqdır. Biz də buna çalışacağıq.

Hədəfimiz əvvəlcə Avropa çempionatında, daha sonra isə Olimpiadada uğur qazanmaqdır”.

Qeyd edək ki, Maqomedxan finalda Bəhreyn təmsilçisi Axmed Tajudinovla qarşılaşacaq.

Son xəbərlər
Rivaldo “Real”a və Xabi Alonsoya tövsiyə verdi
PSJ səfərdə xal itirdi
“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı
“Sabah” yenə məğlub oldu
“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
Ferdinand Kazemironu təriflədi
Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən söhbət açdı
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi
“Neftçi” Vensan Abubakarın arxasınca qaçmayıb” - Samir Abasov
“Azərbaycan basketbolu düzgün yoldadır”
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”
Xəlilovlar ailəsinin acı günü
“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi
FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
“Neftçi” də sürprizə imkan vermədi
Spalletti “Yuventus”u çalışdıracaq?
Rivaldo Vinisiusun səhv etdiyi qənaətindədir
“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
DAHA ÇOX

Ən çox oxunanlar