Dünya çempionatında 3 final, Sənan Olimpiadaya lisenziya qazandı

Dünya çempionatında 3 final, Sənan Olimpiadaya lisenziya qazandı

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sports.az xəbər verir ki, yarışın 6-cı günündə 4 çəkidə yunan-Roma güləşi üzrə mübarizəyə start verilib.

Çempionata 1/8 finaldan qoşulan Eldəniz Əzizli (55 kq) yaponiyalı Tayqa Onişiyə 3:1 hesabıyla qalib gəldikdən sonra qazaxıstanlı Marlan Mukaşyov üzərində inamlı qələbə qazanıb - 6:0. Yarımfinalda ötən il Bakıda keçirilmiş Dünya Kubokunda məğlub etdiyi iranlı Puya Dad Marzla qarşılaşan millinin kapitanı rəqibini 3:2 hesabıyla üstələyərək 3-cü dəfə dünya çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumiayla qarşılaşacaq.

Sənan Süleymanov (77 kq) ilk mərhələdə finlandiyalı Conni Sarkkinendən güclü olub - 5:1. Həmyerlimiz 1/16 finalda amerikalı Kamal Beyə tam üstünlüklə (8:0) qalib gəlib. Süleymanov daha sonra moldovalı Aleksandrin Qutuya gücünü göstərib - 3:1. Milli üzvü 1/4 finalda qazaxıstanlı Demeu Jadrayevi yolundan kənarlaşdırıb - 5:1. Sənan yarımfinalda ermənistanlı Malxas Amoyanla qarşılaşıb. Prinsipial görüşdə 5:0 hesablı inamlı qələbə əldə edən güləşçimiz dünya çempionatının finalına yüksəlməklə yanaşı, 77 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb. Süleymanov finalda Olimpiadanın gümüş medalçısı və son dünya çempionu Akjol Mahmudovla (Qırğızıstan) güləşəcək.

Rafiq Hüseynov (82 kq) da mübarizəyə 1/8 finaldan start verib və macarıstanlı Erik Şilvassiyə minimal fərqlə (4:3) qalib gəlib. Təcrübəli pəhləvanımız 1/4 finalda əsl xarakter nümayiş etdirib. Rusiyalı Aues Qonibovla görüşdə 0:5 hesabıyla geridə olsa da, ikinci hissədə inanılmaz geridönüş edən titullu güləşçimiz 10:5 hesablı qələbəyə sevinib. Yarımfinalda türkiyəli dünya və Avropa çempionu Burhan Akbudakla görüş gərgin mübarizə şəraitində keçib. Hüseynov fasiləyə 0:5 hesabıyla geridə yollanıb. Ancaq növbəti dəfə əzmkar güləşçi olduğunu isbatlayıb. Hesabı bərabərləşdirən (5:5) Rafiq sonuncu xal prinsipinə əsasən 3-cü dəfə dünya çempionatının finalına adını yazdırıb. Güləşçimizin finaldakı rəqibi iranlı Əlirza Mohmadipiani olacaq.

Beka Kandelaki (130 kq) təsnifat mərhələsində gürcüstanlı Yakobi Kajayaya sonuncu xal prinsipinə əsasən (1:1) məğlub olub.

Bu çəkilərdə medal görüşləri sabah axşam seansında keçiriləcək.

Son xəbərlər
Rivaldo “Real”a və Xabi Alonsoya tövsiyə verdi
PSJ səfərdə xal itirdi
“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı
“Sabah” yenə məğlub oldu
“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
Ferdinand Kazemironu təriflədi
Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən söhbət açdı
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi
“Neftçi” Vensan Abubakarın arxasınca qaçmayıb” - Samir Abasov
“Azərbaycan basketbolu düzgün yoldadır”
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”
Xəlilovlar ailəsinin acı günü
“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi
FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
“Neftçi” də sürprizə imkan vermədi
Spalletti “Yuventus”u çalışdıracaq?
Rivaldo Vinisiusun səhv etdiyi qənaətindədir
“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
DAHA ÇOX

Ən çox oxunanlar