“Böyük Dəbilqə”də daha 2 qızıl medal!

“Böyük Dəbilqə”də daha 2 qızıl medal!

Sentyabrın 23-də Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan cüdoçuları 2 qızıl medal qazanıblar.

Sports.az xəbər verir ki, 73 kq. çəkidə mübarizə aparan cüdoçumuz Hidayət Heydərov final görüşündə Moldova təmsilçisi Petru Pelivana ipponla qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

81 kq çəkidə isə Zelim Tçkayev finalda Avstriya təmsilçisi Şamil Borçaşvili ilə qarşılaşıb. Zelim əsas vaxtda rəqibini "vaza-ari" xalı ilə məğlub edərək qızıl medala sahib oldu.

5-ci dəfə bu yarışın qalibi olan Hidayət Heydərov Beynəlxalq Cüdo Federasiyasına açıqlama verib:

“Öz ölkəmdə mən həmişə böyük dəstək hiss edirəm, bu mənə enerji verir və daha da həvəsləndirir. Mən heç bir zaman stress hiss etmirəm, əksinə, ilhamla mübarizə aparıram  və nəinki özümün, həm də pərəstişkarlarımın ümidlərini doğrultmağa və onları sevindirməyə çalışıram.

Bir vaxtlar mən də tribunalarda azarkeşlik edirdim, çempionlarımız – Elnur Məmmədli ilə Elxan Məmmədovun döyüşlərinə baxırdım. İndi mən millinin lideriyəm və ikiqat məsuliyyət hiss edirəm. Arzum budur ki, gənc nəsil özlərinə inansın, məşq etməyə davam etsin və dünya şöhrətli idmançılar yetişsin.

İndi bütün diqqət Olimpiadaya hazırlığa yönəlib. Qarşıda hələ Avropa çempionatı olacaq, mən burada yenidən qalib olmaq istəyirəm, lakin Yay Oyunları xüsusi vacibdir. Azərbaycan cüdosunda 16 illik Olimpiya qızıl medal həsrətinə son qoymaq üçün əlimdən gələni edəcəyəm”.

Son xəbərlər
Rivaldo “Real”a və Xabi Alonsoya tövsiyə verdi
PSJ səfərdə xal itirdi
“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı
“Sabah” yenə məğlub oldu
“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
Ferdinand Kazemironu təriflədi
Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən söhbət açdı
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi
“Neftçi” Vensan Abubakarın arxasınca qaçmayıb” - Samir Abasov
“Azərbaycan basketbolu düzgün yoldadır”
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”
Xəlilovlar ailəsinin acı günü
“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi
FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
“Neftçi” də sürprizə imkan vermədi
Spalletti “Yuventus”u çalışdıracaq?
Rivaldo Vinisiusun səhv etdiyi qənaətindədir
“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
DAHA ÇOX

Ən çox oxunanlar