“Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”
“Belçika və Azərbaycanla oyunlara qələbə üçün çıxacağıq”.
Sports.az xəbər verir ki, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik AÇ-2024-ün seçmə mərhələsində bu ay keçirəcəkləri oyunlarla bağlı danışarkən deyib.
Almaniyalı mütəxəssis ciddi problemlərlə üzləşdiklərini bildirib. O, yığmaya çağırılan zədəli oyunçuların heyətdən çıxarılacaqlarını istisna etməyib: “Bir neçə futbolçunun durumu qeyri-müəyyəndir. Bunlar David Alaba, Marsel Sabitzer, Stefan Poş və Mixael Qreqoriçdir. Hazırkı durumda onların qarşıdakı matçlarda iştirak şansları az görünə bilər. Məhz bu üzdən əlavə 1-2 nəfərə dəvət göndərmək qərarına gəldim. Sanki uzun bir mövsümün sonundayıq. Çünki zədəlilərimiz kifayət qədərdir. Bu üzdən qarşıdakı matçlar asan olmayacaq. Buna baxmayaraq, nikbinliyimizi qoruyuruq”.
Qeyd edək ki, oktyabrın 13-də Vyanada Belçikanı qəbul edəcək Avstriya yığması bundan 3 gün sonra Bakıda Azərbaycan millisinin qonağı olacaq.