Yiyəsini tanımayan itlər

Yiyəsini tanımayan itlər

Qurban Qurbanov ölkəmiz üçün bir fenomendi. Söhbət tək futboldan getmir. Adam davranışı, çalışqanlığı, qazandığı fantastik uğurlarla bambaşqa örnəkdi. Bir az sovet yanaşmasına bənzəsə də, mənim əlimdə olsa, Qurbanovun doğulub, boya-başa çatdığı Zaqatala rayonunun Aşağı Tala kəndinin adını dəyişib "Qurban Qurbanov" qoyardım.

Bu bütləşdirmə filan deyil, Azərbaycan futbolunun bir əsrdən çox tarixində qazandığı ən böyük uğurlara imza atmış adamın halal haqqıdı.
Amma Qurbanov həm də sadəcə idman uğurları ilə deyil, insanlığı, təvazökarlığı, hər qazanılan uğurdan sonra daha sadə və səmimi olması ilə ictimaiyyətin hörmətini qazanmış bir fenomendi.
Əminəm, "fenomen" sözünün izahını sevgili soydaşlarımın əksəriyyəti bilmir.
Qurban Qurbanov flaqmandır. "Flaqman" sözünün də izaha ehtiyacı var. Xüsusən, bəzi adı təməldən səhv yazılmış və indi özünün də adını düz yazacağına ümidim olmadığı, ulduz xəstəliyi tutmuş, tumanını belə düz geyinə bilməyən futbolçularımıza...
Qurban Qurbanov "Qarabağ"la nə edib bəllidi. Amma söhbət Azərbaycan çempionatından, kubokundan, daxili yarışlardan getmir. Qurbanov burda həm futbolçu, həm də baş məşqçi kimi nələri qazanıb hamı bilir.  Futbolçu vaxtı "Qurban", indi "Hoca" dediyimiz bu Azərbaycan kişisi ölkəmizin mənəvi cəhətdən ən çətin dönəmlərində "Qarabağ" adını futbolda da olsa, Avropaya tanıdıb, karyerası ərzində daim ədalətli oyun prinsiplərini hər şeydən uca tutduğuna görə Beynəlxalq Feyr Pley Komitəsinin ən ali mükafatını qazanıb.
Təəssüf ki, bu gün Qurban Qurbanovun komandasında onun şəxsiyyətinə heç uyğun gəlməyən futbolçular yer alır.
Ən üzücü məsələ onların gənc olmasıdı. Təbii ki, perspektivləri var. Amma onlardan qat-qat perspektivli futbolçularımız olub ki, erkən harınlamalarına görə ümidləri doğrultmayıb, sonda istedadlarına uyğun idmançı, ən əsası, adam ola bilməyiblər. Bu gənclərdə də Azərbaycan səviyyəsində yüngülvari futbolu istedadı olsa da, nə intellekt var, nə xarici dil biliyi, nə də elementar tərbiyə! Belədə onların Biləcəridən qırağa çıxma potensialları da bəlli olur...

Bunları Qurban hoca yaxşı bilir, tanıyır... Bu işləri Qurban hocadan daha təcrübəli Musa Qurbanov ondan da gözəl anlayır. Çünki, karyerası ərzində minlərlə istedadı olub, adamlığı olmayan, sonda hüsrana uğrayan futbolçular görüb.
Bir də "Qarabağ"la əməkdaşlıq edən keçmiş həmkarlarım Tural Əsgərov, Asif Əsgərov, Anar Hacıyev, Elvar Quliyev və mənim üçün dəyərli Emrah Çelikel var.
Ən azı onlara görə qoy bu yazımı elə burda bitirim...

Anar Şabanoğlu

Son xəbərlər
PSJ səfərdə xal itirdi
“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı
“Sabah” yenə məğlub oldu
“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
Ferdinand Kazemironu təriflədi
Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən söhbət açdı
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi
“Neftçi” Vensan Abubakarın arxasınca qaçmayıb” - Samir Abasov
“Azərbaycan basketbolu düzgün yoldadır”
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”
Xəlilovlar ailəsinin acı günü
“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi
FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
“Neftçi” də sürprizə imkan vermədi
Spalletti “Yuventus”u çalışdıracaq?
Rivaldo Vinisiusun səhv etdiyi qənaətindədir
“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
“Qarabağ” - “Çelsi” oyununun biletləri satışa çıxarıldı
DAHA ÇOX

Ən çox oxunanlar