Tovuzdan Budapeştə Azərbaycanı şərəfləndirməyə!

Tovuzdan Budapeştə Azərbaycanı şərəfləndirməyə!


"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Beynəlxalq Feyr Pley Komitəsinin (CİFP) oktyabrın 21-i Macarıstanın paytaxtı Budapeştdə keçirəcəyi qala gecəyə yollanacağı haqda yazmışdıq.

Ağdam klubunun mətbuat xidmətindən Sports.az saytına verilən məlumata görə Qurbanov oktyabrın 20-si "Turan Tovuz"la səfər qarşılaşmasından dərhal sonra Budapeştə yola düşəcək. Baş məşqçini "Qarabağ"ın tərcüməçisi Elvar Quliyev müşayiət edəcək.

Qurbanov karyerası ərzində daim "ədalətli oyun" prinsiplərinə sədaqətinə görə verilən dünyanın ən nüfuzlu mükafatına layiq görülüb və bunu qazanan ilk azərbaycanlı kimi idman tariximizə düşüb.

“Jean Borotra World Fair Play Career” mükafatını 2022-ci ilin yekunlarına əsasən dünyada Qurban Qurbanovla birgə cəmi 4 nəfər - amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunay qazanıb.

Ötən il Qurbanov UEFA Konfrans Liqasının "Qarabağ"-"Marsel" oyununda İbrahima Vadjinin əllə vurduğu qolu ləğv etdirməsi ilə yadda qalmışdı. O, karyerası ərzində daha bir neçə dəfə ədalətli oyun jestləri ilə seçilib. O cümlədən, 2015/16 futbol mövsümündə "Qarabağ"ın Azərbaycan çempionatının 7-ci turunda "İnter"lə oyununda hakimin rəqib qapısına təyin etdiyi yanlış penalti zərbəsini Elvin Məmmədova qola çevriməməyi,
2018-ci ildə isə Antalyada "Kuban"la matçda hakimin "Qarabağ"ın lehinə verdiyi daha bir səhv penaltini Mahir Emreliye qapının yanından vurmağı tapşırıb.

Bütün bu faktlar Sports.az saytının baş redaktoru Anar Şabanoğlunun təşəbbüsü və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının təqdimatı əsasında Beynəlxalq Feyr Pley Komitəsinə göndərilib.
AİJA Qurbanovun namizədliyini 2022-ci ildə dünyanın ən ali iki feyr pley mükafatına - bir jest üçün nəzərdə tutulan "Pierre de Coubertin World Trophy" və karyerası ərzində daim ədalətli oyun prinsiplərinə sədaqətinə görə verilən “Jean Borotra World Fair Play Career” nominasiyalarında irəli sürmüşdü.

Son xəbərlər
PSJ səfərdə xal itirdi
“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı
“Sabah” yenə məğlub oldu
“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
Ferdinand Kazemironu təriflədi
Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən söhbət açdı
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi
“Neftçi” Vensan Abubakarın arxasınca qaçmayıb” - Samir Abasov
“Azərbaycan basketbolu düzgün yoldadır”
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”
Xəlilovlar ailəsinin acı günü
“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi
FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
“Neftçi” də sürprizə imkan vermədi
Spalletti “Yuventus”u çalışdıracaq?
Rivaldo Vinisiusun səhv etdiyi qənaətindədir
“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
“Qarabağ” - “Çelsi” oyununun biletləri satışa çıxarıldı
DAHA ÇOX

Ən çox oxunanlar