Azərbaycanın iki cüdoçusu olimpiya dünya reytinqində ilk “3-lük”də!
Azərbaycanın iki cüdoçusu olimpiya dünya reytinqində ilk "üçlük"də yer alıb.
Sports.az xəbər verir ki, bu, Beynəlxalq Cüdo Federasiyasının (IJF) açıqladığı siyahıda əksini tapıb.
Hidayət Heydərov 73 kq çəki dərəcəsində 3398 xalla ikinci pillədə qərarlaşıb. Zelim Kotsoyev (100 kq) 3560 xalla üçüncüdür.
60 kq-da Balabəy Ağayev 2688 xalla 5-ci, eyni çəkidə Turan Bayramov 1735 xalla 17-cidir.
66 kq-da Yaşar Nəcəfov (2588 xal) beşincidir.
81 kq-da mübarizə aparan idmançılardan Səid Mollayi (3083) 4-cü, Zelim Tçkayev (2079) 13-cü mövqedədir.
90 kq-da Murad Fətiyev (1864) 15-ci yerlə kifayətlənibsə, Uşanqi Kokauri (+100 kq) 2089 xalla 10-cu olub.
Qadınlardan 48 kq-da Leyla Əliyeva (1568) 22-ci, 52 kq-da Gültac Məmmədəliyeva (1640) 15-ci pillədə qərarlaşıb.