Güləş/Cüdo
Avropa Kuboku: Azərbaycan yığması birinci oldu
23.10.2023 | 09:00
Azərbaycanın yeniyetmə cüdoçuları Latviyanın paytaxtı Riqada keçirilmiş Avropa Kubokunda 4 qızıl, 3 gümüş və 5 bürünc medal qazanıblar.
Sports.a xəbər verir ki, idmançılar medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutublar.
İki gün davam edən turnirdə Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.
Bahadır Feyzullayev (50 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov (66 kq), Sübhan Axundov (+90 kq) qızıl, Rüstəm Qasımzadə (50 kq), Əli Qazıməmmədov (81 kq), Rəsul Səmədli (+90 kq) gümüş, Nihad Məmişov (55 kq), Səlim Sultanov, Səid Şərifov (hər ikisi 66 kq), Cəsur İbadlı (73 kq) və Mehdi Abbasov bürünc medal əldə ediblər.