Millimizin sabiq üzvü Yaponiyada məşqçilik təlimində iştirak edir

Millimizin sabiq üzvü Yaponiyada məşqçilik təlimində iştirak edir

Oktyabrın 9-dan etibarən cüdo üzrə Azərbaycan milli komandasının sabiq üzvü, 2016-cı il Rio Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rüstəm Orucov Yaponiyanın nüfuzlu və elit cüdo klubu sayılan “Park-24”də təlim keçir. 

Sports.az xəbər verir ki, təlimin əsas məqsədi məşqçilik sənətini dərindən öyrənməkdir.

Qeyd edək ki, Yaponiya millisinin birinci komandasının üzvləri orada məşq edirlər. Təlim proqramının əsas məqsədi təlim texnikalarının təkmilləşdirilməsinə, təlim proqramlarının formalaşdırılmasına və müxtəlif yaş qrupları üçün uyğunlaşdırılmış məşq strategiyalarının hazırlanmasına yönəlib.
Rüstəm Orucov Yaponiyanın müxtəlif şəhərlərində yerləşən klubların, institutların və idman təşkilatlarının fəaliyyəti və məşqləri ilə tanış olub.

“Burada cüdoya özünəməxsus tərzdə yanaşılır. Strukturlar və tədris sistemləri fərqlidir. İndi yaponların niyə bu qədər güclü olduqlarını daha yaxşı başa düşürəm. Onlar ciddi rejimə riayət edirlər və intensiv fiziki hazırlıq keçirlər. Yaponlar Azərbaycan cüdosuna böyük maraq göstərirlər və buradakı idmançılar mənimlə məşq etməyə can atırlar. Azərbaycana qayıtdıqdan sonra burada olduğum müddətdə əldə etdiyim təcrübəmi bölüşəcəyəm”, - Orucov deyib.

Qeyd edək ki, təlim noyabrın 7-nə qədər davam edəcək.

Son xəbərlər
PSJ səfərdə xal itirdi
“Yuventus”la “İnter” 3 xalı 3 qolla qazandı
“Sabah” yenə məğlub oldu
“Araz-Naxçıvan” Çempionlar Liqasındakı ilk matçında qələbə qazandı
Ferdinand Kazemironu təriflədi
Luis Enrike PSJ-nin qapıçıları arasındakı rəqabətdən söhbət açdı
Ronaldo “Əl-Nəsr”in Səudiyyə Ərəbistanı Kubokunda məğlubiyyətini şərh etdi
“Neftçi” Vensan Abubakarın arxasınca qaçmayıb” - Samir Abasov
“Azərbaycan basketbolu düzgün yoldadır”
“Azərreyl” Çempionlar Liqasında mübarizəni dayandırdı
“Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq”
Xəlilovlar ailəsinin acı günü
“Qarabağ”ın ÇL oyununa 22 500 bilet satılıb
Azərbaycan Kuboku: 1/8 final mərhələsinin cütləri müəyyənləşdi
FIBA Avropa Kuboku: Azərbaycan komandalarının duelində “Neftçi” qalib gəldi
“Neftçi” də sürprizə imkan vermədi
Spalletti “Yuventus”u çalışdıracaq?
Rivaldo Vinisiusun səhv etdiyi qənaətindədir
“Qarabağ”ın “İmişli” ilə oyununun biletləri satışa çıxarılır
Fərid Qayıbov ASF rəhbərliyi ilə görüşüb
Azərbaycan milliləri hazırlığın son mərhələsini Bakıda davam etdirirlər
“Vurulan qollar kombinasiyalı hücumların nəticəsi idi”
Endrikin xidmətində maraqlı olan alman klubunun adı məlum oldu
“Barselona”nın yarımmüdafiəçisi zədələnib
“Vest Hem” “Barselona”nın yarımmüdafiəçisi ilə maraqlanır
AÇ-də iştirak edəcək Azərbaycan cüdoçuları bəlli oldu
“Növbəti mərhələyə vəsiqə qazandığımız üçün sevincliyik”
“Ondan bu qızıl medalı çoxdan gözləyirdik” - Qazyumov
Alaybeqoviç Avropa nəhənglərinin diqqət mərkəzindədir
“Qarabağ” - “Çelsi” oyununun biletləri satışa çıxarıldı
DAHA ÇOX

Ən çox oxunanlar