Dünya futbolu
“İnter” Nandesi azad agent kimi heyətinə qatmaq istəyir
30.11.2023 | 21:40
“İnter” “Kalyari”nin yarımmüdafiəçisi Naitan Nandesi azad agent kimi transfer etmək üçün danışıqlar aparır.
Sports.az xəbər verir ki, yarımmüdafiəçi yanvarda Milan klubu ilə ilkin müqavilə imzalaya bilər.
Uruqvaylı futbolçunun özü İtaliya futbolunun nəhənglərindən birinə keçməkdə maraqlıdır. Mümkün transferin təfərrüatı haqda məlumat açıqlanmayıb.