Türkiyə yığmasından Gürcüstan üzərində inamlı qələbə

Bu gün AÇ-2024-də 1-ci tura yekun vurulur.

Sports.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 oyundan biri başa çatıb.

F qrupunda qardaş Türkiyənin millisi ilə qonşu Gürcüstan ilə üz-üzə gəlib. Bununla da gürcülər Avropa çempionatlarının final mərhələsi tarixində ilk oyunlarına çıxıblar.

Dortmundda keçirilən matçda Türkiyə rəqibinə 3:1 hesabı ilə qalib.

Tura isə bu qrupun digər oyunu – Portuqaliya və Çexiya yığmalarının görüşü ilə yekun vurulacaq.

AÇ-2024
F qrupu

18 iyun

Türkiyə - Gürcüstan 3:1 
Qollar: Mert Müldür, 25. Arda Güler, 66. Kerem Aktürkoğlu, 90+7 -  Georges Mikautadze, 32.
Baş hakim: Fakundo Telyo (Argentina).
Dortmund, "Siqnal İduna Park" stadionu.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar