Azərbaycanı beynəlxalq turnirdə təmsil edəcək gimnastlar bəlli oldu

Azərbaycanı Portuqaliyanın Santarem şəhərində keçiriləcək batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində təmsil edəcək idmançılar müəyyənləşib.

Sports.az xəbər verir ki, məşqçilər Abdulla Qasımov və Hafiz Rzayevin rəhbərliyi altında yarışa batut gimnastları Əli Niftəliyev, Ammar Baxşalıyev, Ayan Şabanova, Samirə Hüseynova, Nicat Mirzəyev, Hüseyn Abbasov, İbrahim Mustafazadə, Fərhad Mustafayev, Ömər Qasımlı və Fərhad Vəliyev yollanacaq. Rövşən Qurbanov isə hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-13-də keçiriləcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar