Yığmamız AÇ-nin yarımfinalına vəsiqə qazandı

Azərbaycanın 16 yaşadək oğlan basketbolçulardan ibarət millisi Avropa çempionatının C divizionunun qrup mərhələsində son matçına çıxıb.

Sports.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda Malta yığmasını 56:50 hesabı ilə üstələyib.

Bu qələbədən sonra yığmamız qrup ikincisi kimi adını yarımfinala yazdırıb.

Komandamız bundan əvvəl Albaniyaya 56:60 hesabı ilə uduzub, Moldovaya 78:55 hesabı ilə qalib gəlib.

Yarımfinal görüşləri iyulun 13-də keçiriləcək

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar