Ağayeva Dünya Kubokunda finala yüksəldi

Azərbaycanın boccia millisinin üzvü Sona Ağayeva Portuqaliyanın Povoa de Varzim şəhərində keçirilən Dünya Kubokunda finala yüksəlib.

Sports.az xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan idmançımız yarışın qrup mərhələsində Böyük Britaniyadan olan rəqibləri üzərində ardıcıl iki qələbə qazanıb.

Yarımfinalda slovakiyalı idmançını mübarizədən kənarlaşdıran təmsilçimiz həlledici mərhələyə vəsiqə əldə edub. Ağayeva sabah finalda portuqaliyalı idmançı ilə qarşılaşacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar