AÇ: Millimizdən növbəti məğlubiyyət

Azərbaycanın 20 yaşadək oğlan basketbolçulardan ibarət yığması Avropa çempionatının B divizionunda növbəti matçına çıxıb.

Sports.az xəbər verir ki, B qrupunda Böyük Britaniya seçməsi ilə qarşılaşan millimiz 51:97 hesabı ilə məğlub olub.

Seçməmiz dünən ilk oyunda Portuqaliyaya 34:90 hesabı ilə uduzmuşdu. İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi yığmamız Portuqaliya, Niderland, Böyük Britaniya və İrlandiya yığmaları ilə eyni qrupda yer alıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar