Dünya futbolu
Mirançuk MLS klubuna keçidə razılıq verdi
18.07.2024 | 14:30
“Atalanta”nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk MLS təmsilçisi “Atlanta Yunayted”ə keçməyə razılaşıb.
Sports.az xəbər verir ki, amerikan klubu 28 yaşlı futbolçunu 11 milyon avro məbləğə satın alacaq.
Keçidlə bağlı bütün təfərrüatın tezliklə tamamlanacağı və transferin bəyan ediləcəyi bildirilir.