Dünya futbolu
“Əl-İttihad” Fransa yığmasının futbolçusunun keçidi ilə bağlı razılıq əldə etdi
23.07.2024 | 12:30
“Aston Villa”nın və Fransa yığma komandasının yarımmüdafiəçisi Mussa Diabi tezliklə Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun futbolçusu ola bilər.
Sports.az xəbər verir ki, “Əl-İttihad” və “Aston Villa” arasında futbolçunun 60 milyon avro məbləğ və müxtəlif əlavə üstəliklər müqabində satışı ilə bağlı şifahi razılıq var.
Futbolçunun özü isə Səudiyyə Ərəbisatanı klubu ilə 5 illik müqaviləyə razılıq verib.