Azərbaycan futbolu
“Zirə”nin rəqibi Bakıda məşqə çıxmaqdan imtina etdi
23.07.2024 | 23:21
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Zirə"nin rəqibi olan "Dunayska Streda" (Slovakiya) Bakıda məşqə çıxmaqdan imtina edib.
Sports.az xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.
Məşq prossesinin sabah saat 20:00-da "Dalğa Arena"da keçirilməsi nəzərdə tutulsa da, qonaqların səfər planında dəyişikliklər olub.
İyulun 25-də keçiriləcək bu görüş saat 20:30-da start götürəcək.