MY Vinisius Juniora nəhəng müqavilə təklif edir

“Mançester Yunayted” “Real”ın braziliyalı vingeri Vinisius Juniorla maraqlanır.

Sports.az xəbər verir ki, “qırmızı şeytanlar” 23 yaşlı futbolçuya ümumi məbləği 200 milyon avroluq maaşla 5 illik müqavilə təklif edirlər.

İngiltərə nəhənginin braziliyalı futbolçunun transferi müqabilində isə “Real”a 230 milyon avro məbləğ ödəməyə hazır olduğu vurğulanır. Futbolçunun özü Madriddən ayrılmaq fikrində deyil. Keçid baş tutarsa, bu, dünya futbol tarixinin ən bahalı transferi olacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar