“İnter” Kyeza ilə azad agent qismində müqavilə bağlaya bilər

“İnter” “Yuventus”un vingeri Federiko Kyesa ilə maraqlanır.

Sports.az xəbər verir ki, hazırda “neradzurri” 26 yaşlı italyan futbolçunu xərc çəkərək almaq istəmir.

“İnter” rəhbərliyi Kyezanı bir ildən sonra azad agent qismində almağı hədəfləyib.

İtaliyan vingerlə “Yuventus” arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar isə dalana dirənib və “Qoca sinyora” futbolçusunu satmağa çalışır.

Daha əvvəl mətbuatda, “Roma”nın Kyeza ilə müqavilə imzalamaq niyyətində olduğu və futbolçuya illik 5,5 milyon avro məbləğində maaş təklif etdiyi barədə məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar