Dünya futbolu
“Roma” Dovbikin keçidində maraqlıdır
26.07.2024 | 13:00
“Roma” “Jirona”nın ukraynalı hücumçusu Artyom Dovbikin Madrid “Atletiko”su ilə razılaşmasına mane olmağa çalışır.
Sports.az xəbər verir ki, “canavarlar” 27 yaşlı hücumçu ilə müqavilə bağlamaq imkanlarını araşdırırlar və oyunçunun buna hazır olması ilə bağlı “Jirona”ya sorğu göndəriblər.
Daha əvvəl, “Atletiko”nun Dovbikin keçidi ilə bağlı “Jirona” ilə razılığa gəldiyi, amma şəxsi müqavilə şərtləri ilə bağlı ukraynalı hücumçu ilə ortaq məxrəc tapa bilmədiyi haqda məlumat yayılmışdı.