Dünya futbolu
Daha bir klub Dovbik uğrunda mübarizəyə qoşuldu
26.07.2024 | 16:00
Madrid “Atletiko”su ilə şəxsi müqavilə şərtlərini hələ də razılaşdıra bilməyən, “Jirona”nın və Ukrayna millisinin hücumçusu Artyom Dovbikə iddialı olan daha bir klub transfer səhnəsinə çıxıb.
Sports.az xəbər verir ki, bu, İngiltərə Premyer Liqasının təmsilçisi “Vest Hem”dir.
“Çəkiçdöyənlər” Dovbik uğrunda mübarizədə “Atletiko” və “Roma” ilə çəkişməli olacaqlar.
Vurğulanır ki, mümkün keçiddə transfer haqqı olaraq ən azı 40 milyon avro məbləğdən söhbət gedir.