Dünya futbolu
Sərdar Əzmun Birləşmiş Ərəb Əmirliklərinin klubuna keçəcək
26.07.2024 | 10:00
“Bayer”in 29 yaşlı iranlı hücumçusu Sərdar Əzmun Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Şabab Əl-Əhli” klubuna keçməyə razılaşıb.
Sports.az xəbər verir ki, BƏƏ klubu “Bayer”ə 5 milyon avro məbləğində ödəniş edəcək.
Bazar ertəsi, iyulun 29-da Əzmunun Dubayda tibbi müayinədən keçəcəyi bildirilir.