Dünya futbolu
“Zenit” Vendel müqabilində “Qalatasaray”dan ödəniş tələbini artırdı
26.07.2024 | 12:00
Sankt-Peterburq “Zenit”i 26 yaşlı braziliyalı yarımmüdafiəçi Vendelin keçidi müqabilində “Qalatasaray”dan 25 milyon avro məbləğ istəyir.
Sports.az xəbər verir ki, Türkiyə nəhəngi braziliyalı futbolçu müqabilində 18 milyon avro məbləğdən artıq pul ödəməyə hazır deyil.
Daha əvvəl məlumat yayılmışdı ki, “Zenit” və “Qalatasaray” Vendelin 17 milyon avro məbləğ müqabilində keçidi ilə bağlı razılaşmaya yaxındırlar.