Dünya futbolu
“Napoli” ən yaxşı seçimi etdi”
26.07.2024 | 13:30
“Yuventus”un italyan keçmiş müdafiəçisi Leonardo Bonuççi yeni baş məşqçi, italyan mütəxəssis Antonio Kontenin rəhbərliyi altında “Napoli”nin imkanlarını qiymətləndirib.
Sports.az Bonuççinin bu barədə fikrini təqdim edir:
“Mən Kontenin “Napoli”ni A Seriyasında ən azı ikinci yerə aparacağı fikri ilə tamamilə razıyam. Keçən mövsüm baş vermiş bütün çətinliklərdən sonra “Napoli” ən yaxşı seçimi etdi”.