Azərbaycan futbolu
Kamal Umudluya UEFA-dan yeni təyinat
26.07.2024 | 17:30
FIFA referisi Kamal Umudlu növbəti təyinat alıb.
Sports.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Drita” (Kosovo) – “Breydablik” (İslandiya) qarşılaşmasının baş hakimi olacaq.
Umudluya Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.
İyulun 30-da Poduyevo şəhərində yerləşən “Zahir Payaziti” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.