Dünya futbolu
De Yonq “Barselona” ilə müqaviləsini yeniləməkdən imtina etdi
27.07.2024 | 09:30
“Barselona”nın niderlandlı yarımmüdafiəçisi və komandanın kapitanlarından biri Frenkie de Yonq Kataloniya klubu ilə 2026-cı ilin
zyayında başa çatacaq müqaviləsini yeniləməkdən imtina edib.
Sports.az xəbər verir ki, niderlandlı futbolçuya əsas namizəd “Mançester Yunayted” hesab edilir.
“Qırmızı şeytanlar”ın De Yonq müqabilində hətta təxminən 100 milyon avro məbləğ ödəməyə də hazır olduğu güman edilir. Amma transfer xərclərini azaltmaq üçün De Yonqun müqaviləsinin bitməsinə bir il qalana qədər gözləməyin daha sərfəli olduğu anlayan “Mançester Yunayted” hazırda gözləmə mövqeyi tutub.