“Meydançaya baxdım, daha da pisləşib” – Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Xorvatiya təmsilçisi “Osiyek”lə cavab oyunundan əvvəl keçirilmiş mətbuat konfransında fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, o, qarşılaşma öncəsi bunları söyləyib:

“Qarabağ”ı böyük qələbə münasibətilə təbrik etmək istəyirəm. Sabahkı oyunda həm “Sabah”a, həm bizə uğurlar arzu edirəm. Oyundan öncə danışmaq çətindir, həmişəki kimi. Bilirik ki, çətin oyun keçirəcəyik, bunu dərk edirik. Hər iki komanda üstünlük qazanmağa çalışacaq. Bizim üçün əsas meydançanın yaxşı vəziyyətdə olmasıdır. Mətbuat konfransı başlamazdan əvvəl meydançaya baxdım. Daha da pisləşib. Bu, oyunda həm bizə, həm də rəqib komandaya çətinlik yarada bilər”.

Baş məşqçi eyni zamanda, “Qarabağ”ın oyununu analiz etmək haqda sualı cavablandırıb:

“Təlim-məşq toplanışıdırsa, bir yerdə baxırıq. Lakin əks-təqdirdə hər kəs sərbəstdir. Bu qələbə bizə də motivasiya ola bilər. Bizim çempionatın komandasının belə oyun nümayiş etdirməsi bizim üçün yaxşı haldır.

Çox oyun keçirməmişik. Hələlik, hədəflərdən danışmaq çətindir. Çalışırıq ki, bunlar üzərində düşünək. Hazırda əsas sabahkı oyunu düşünürük. Bu, bizim üçün önəmlidir. Qarşımızda çox yaxşı komanda var. Avrokuboklarda çıxışımızı davam etdirmək istəyirik. Lakin indiki çıxışlarımız bizə tam olaraq üstünlük vermir. Komandalar arasında amansız mübarizə olacaq. Nəyisə əvvəlcədən proqnoz vermək çətin olacaq.

Əsas düşüncəmiz sabahkı oyundur. Sabah çox diqqətli olmalıyıq. Onlar bizim hər hansı səhvimizdən istifadə edə bilərlər, eyni zamanda, biz onların səhvindən istifadə edə bilərik. Açığı, narahat deyiləm. Futbolçular özləri də bilirlər ki, necə komanda ilə qarşılaşacaqlar. Sabah bəlkə də ən ağır mənəvi yük bizdədir”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar