Dünya futbolu
“İnternasyonal” Renanı komandadan kənarlaşdırdı
03.09.2024 | 10:00
Braziliyanın “İnternasyonal” klubu Sankt-Peterburq “Zenit”inə məxsus braziliyalı müdafiəçi Robert Renanı futbolçunun Səudiyyə Ərəbistanından bir kluba keçə biləcəyinə görə cəzalandırıb.
Sports.az xatırladır ki, futbolçu ilə “Əl-Şabab” klubunun maraqlandığı bildirilir.
“İnternasyonal” İdman Klubu Robert Renanın “Yuventuda” ilə oyunda iştirak etməyəcəyini açıqlayıb. Futbolçu bu transfer dönəmində ayrılmaq istədiyini bildirib. Klubun maraqlarını qorumaq məqsədilə Robert danışıqlar başa çatana qədər komandanın heyətində yer almayacaq”, – “internasyonal”ın bəyanatına deyilir.