Dünya futbolu
“Nottingem Forest” “Nyukasl”ın yağlı təklifindən imtina etdi
03.09.2024 | 12:00
“Nottingem Forest” İngiltərədə yay transfer pəncərəsinin sonunda vinger Antoni Elanqanın satışı müqabilində böyük qazanc əldə edə bilərdi.
Sports.az xəbər verir ki, “meşəçilər” “Nyukasl”dan 50 milyon funt-sterlinq məbləğində yağlı təklif alıblar ki, bu da indiki məzənnə ilə demək olar ki, 60 milyon avro məbləğ deməkdir.
Buna rəğmən “Nottingem Forest” rəhbərliyi “sağsağanlar”ın təklifi rədd edib.