Dünya futbolu
De Bröyne birlikdə oynadığı ən yaxşı hücumçunun adını çəkdi
03.09.2024 | 10:30
“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne indiyə qədər birlikdə oynadığı ən yaxşı hücumçunun adını çəkib.
Sports.az belçikalı futbolçunun bu barədə fikrini təqdim edir:
“Çətin sualdır. Erlinq Haland yəqin ki, cərimə meydançasının ən yaxşısıdır. Ümumiyyətlə, ən yaxşısı Serxio Aquerodur. Bununla belə, Erlinq birlikdə oynadığım ən məhsuldar hücumçudur”.