Dünya futbolu
Peti “Çelsi”ni ələ saldı
04.09.2024 | 16:00
“Arsenal”ın fransız sabiq futbolçusu Emmanuel Peti ingilis hücumçu Ceydon Sançonun “Mançester Yunayted”dən “Çelsi”yə keçidini zarafatla ələ salıb.
Sports.az Petinin bu barədə münasibətini təqdim edir:
“Transfer pəncərəsinin son günündə Ceydon Sanço ilə müqavilə imzaladıqlarını görəndə onun üçün forma nömrəsinin qalıb-qalmadığını düşündüm.
Təsəvvür edin ki, o, paltardəyişmə otağının qapısını necə açır və bu qədər oyunçu görür – onların hamısı bir paltardəyişmə otağına sığmır! Onların məşq düşərgəsində iki oyunçu otağı, üç meydança və 12 fizioterapevt olmalıdır”.