Dünya futbolu
Ronald Kuman “Liverpul”un “Mançester Yunayted” üzərində qələbəsini bəxtə bağlayır
04.09.2024 | 13:30
Nidrerland yığmasının baş məşqçisi Ronald Kuman hesab edir ki, “Liverpul”u çalışdıran həmyerlisi Arne Slotun bəxti gətirib ki, “qırmızılar” Premyer Liqanın 3-cü turunun səfər oyununda “Mançester Yunayted”i 3:0 hesabı ilə məğlub edə biliblər.
Sports.az Kumanın bu barədə fikrini təqdim edir:
“Meydanda çoxlu niderlandlı oyunçuya görə oyunu izlədim. Amma əlbəttə ki, mən də buna məşqçi nöqteyi-nəzərindən baxmışam. Arne Slot işinin öhdəsindən yaxşı gəlir, amma onun kimi, aparıcı oyunçular üçlüyünə sahib olduqda, bəxtli olduğunu başa düşməlisən”.