Hummels “Roma” ilə müqavilə bağladı

Azad agent olan 35 yaşlı alman mərkəz müdafiəçisi Mats Hummels “Roma” ilə müddəti 2024/2025-ci illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Sports.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayb.

Hummels yeni klubunda 15 nömrəli formanı geyinəcək.

Almaniya millisinin heyətində dünya çempionu olan Hummels ötən mövsüm "Borussiya"dan azad agent kimi ayrılıb. O, son mövsüm dortmundluların heyətində 40 matçda 4 qol vurub.

“Canavarlar” hazırda klubsuz olan 33 yaşlı müdafiəçi Kostas Manolasla da əmək müqaviləsi bağlaya bilərlər.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar