MY Sançonun “Çelsi”yə keçidini əsaslandırdı

“Mançester Yunayted”in idman direktoru Den Eşuort ingilis vinger Ceydon Sançonun “Çelsi”yə keçidi haqda danışıb.

Sports.az Eşuortun bu barədə fikrini təqdim edir:

“Sançonun gələcəyi yoxdur? Məsələ bunda deyil. Biz, həm bizim, həm də oyunçu üçün düzgün addım olduğunu düşündüyümüz üçün müvafiq qərarı verdik. Ceydon özünü “Çelsi”də sınamaq istəyirdi, necə ki, Skott Maktominey özünü “Napoli”də, Eron Uan-Bissaka isə “Vest Hem”də sınamaq istədiyi kimi. Biz futbolçuları klubdan qovacaq vəziyyətdə deyilik”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar