Fernandu Santuşun razı və narazı qaldıqları

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş İsveç yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.

Sports.az xəbər verir ki, 69 yaşlı mütəxəssis görüşün ağır keçdiyini söyləyib:

"Oyuna yaxşı başladıq. Şansımız oldu, təəssüf ki, hücumları qolla yekunlaşdıra bilmədik. Sonra müdafiə sisteminə keçdik. İsveç güclü komandadır. Uşaqlar müdafiədə yaxşı oynadı. İmkan tapanda dərhal hücuma keçirlər. Təəssüf ki, penaltidən yararlana bilmədik. İkinci hissəyə yaxşı başladıq. Yenə də hücumları uğurla sonlandıra bilmədik. Komandanın hücum xəttindən kifayət qədər razıyam. Qol vurmağa cəhd edirdilər. Müdafiədən isə 50 faiz razıyıq. Oyunun təşkilində problemlər vardı".

Mütəxəssis qapıçı Mehdi Cənnətovun çıxışı haqda da fikirlərini bölüşüb:

"Qapıçıdan razıyam, bir çox hallarda komandanı qoldan xilas etdi"

Azərbaycan - İsveç matçı qonaqların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar