Dünya futbolu
Ronaldo Kovaçiçlə müqavilə bağlanılmasında israrlıdır
07.09.2024 | 10:00
“Mançester Siti”nin və Xorvatiya yığmasının mərkəz yarımmüdafiəçisi Mateo Kovaçiç qarşıdakı qış transfer pəncərəsində Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçə bilər.
Sports.az xəbər verir ki, “Əl-Nəsr” xorvat futbolçunu qarşıdakı qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
İddia edilir ki, “Nəcd cəngavərləri”nin portuqal ulduz hücumçusu və kapitanı Kristiano Ronaldo Mateo Kovaçiçlə müqavilə imzalanmasında şəxsən israrlıdır.