Dünya futbolu
Depay “Korintians”a keçəcək
07.09.2024 | 10:30
Hazırda azad agent qismində klubsuz dolaşan 30 yaşlı niderlandlı hücumçu Memfis Depay Braziliya nəhənglərindən “Korintians”la müqavilə imzalayacaq.
Sports.az xəbər verir ki, niderlandlı futbolçu “Korintians”la müddəti 2026-cı ilin sonuna qədər qüvvədə olacaq müqavilə imzalayacaq.
Braziliya klubunda çıxış edəcəyi 28 ay ərzində Depayın 11,3 milyon avro məbləğdən çox qazanc əldə edəcəyi vurğulanır.