Dünya futbolu
Kannavaro “Qızıl top”a qazanmağa iddialı namizədlərini açıqladı
07.09.2024 | 19:30
İtaliya yığmasının sabiq müdafiəçisi Fabio Kannavaro “Qızıl top”u qazanmağa iddialı öz namizədlərini irəli sürüb.
Sports.az Kannavaronun bu barədə fikrini təqdim edir:
“Qızıl top”u kim qazanacaq? Vinisius və ya Bellingem, baxmayaraq ki, mövsümün ikinci hissəsində o, birinci ilə eyni səviyyədə deyildi.
Mbappe? O, yaxşı mövsüm keçirməsə də, çempiondur. O, aşkar namizəddir. Sonra Rodri və Karvaxal var. Karvaxal hər şeyi qazanıb. Amma müdafiəçi “Qızıl top”u qazanmaq üçün qeyri-adi işlər görməlidir”, deyə Kannavaro vuğulayıb.
Xatırladaq ki, Kannavaro özü 2006-cı ildə “Qızıl top”a layiq görülüb.