Azərbaycan futbolu
Rusiya - Tailand matçına qasırğa əngəli
07.09.2024 | 12:45
Vyetnam Futbol Federasiyası “Yaqi” super qasırğasının yaxınlaşması ilə əlaqədar Hanoyda yoldaşlıq turniri çərçivəsində Rusiya və Tailand yığmaları arasında keçiriləcək oyunu təxirə salıb.
Sports.az xəbər verir ki, bu barədə “Thanh Nien” məlumat yayıb.
Görüş sentyabrın 7-də “My Dinh” stadionunda, Bakı vaxtı ilə saat 17:00-da başlamalı idi.
Qeyd olunub ki, hazırda matçın sentyabrın 8-də eyni vaxtda keçirilməsi müzakirə olunur.