Millimizin Bakıdakı oyununa fransalı hakimlər təyinat alıblar

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Azərbaycan - Serbiya oyununa fransalı hakimlər təyinat alıblar.

Sports.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Bastyen Deşepi idarə edəcək.

Ona Aleksis Oje və Parin Le Telye köməklik göstərəcək. Dördüncü hakim funksyasını Floren Batta yerinə yetirəcək.

Sentyabrın 10-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar