Kimmix “Bayern”lə müqaviləsi haqda danışıqlara hazır olduğunu bildirdi

“Bayern”in 29 yaşlı alman yarımmüdafiəçisi Yozua Kimmix Münhen klubu ilə 2025-ci ilin yayında başa çatacaq müqaviləsi ilə bağlı sualı cavablayıb.

Sports.az alman futbolçunun bu barədə fikrini təqdim edir:

“Mən klubla müqaviləni müzakirə etməyə hazıram. Ondan dəstək almaq həmişə xoşdur. Mən sadəcə anın həzzini yaşayıram. İndi oyunları qazanmaq vacibdir”, deyə Kimmix vurğulayıb.

Xatırladaq ki, daha əvvəl mətbuatda, “Barselona”nın gələn yay Kimmixi azad agent qismində “blauqrana”nın heyətinə qatmaq məqsədilə tədbir gördüyü haqda məlumat yayılmışdı.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar