“Lənkəran” növbəti transferini reallaşdırdı

Azərbaycan Baketbol Liqasının debütantı "Lənkəran" yeni transferini reallaşdırıb.

Sports.az xəbər verir ki, cənub təmsilçisi Rəşid Abbasovu heyətinə qatıb.

20 yaşlı basketbolçu ilə 1 illik müqavilə imzalanıb. Onun son klubu NTD olub.

Abbasov Azərbaycanın U-18 və U-20 millisinin də formasını geyinib.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar