“Tezliklə xəbərlər olacaq” - Balotelli

Son klubu “Adana Dəmirspor” olmuş qalmaqallı italyan hücumçu Mario Balotelli hazırda işsiz olaraq qalır, amma bunu əllərini yanına salmaq və burnunu sallamaq üçün səbəb kimi görmür.

Sports.az xəbər verir ki, “İnter”in və “Milan”ın keçmiş hücumçusu azarkeşlərlə təmasda olmaqdan və onları xəbərdar etməkdən həzz alır:

“Hey uşaqlar, xoş gördük, çox adam məndən növbəti komandam haqqında soruşur. Mən müxtəlif təkliflər almışam və indi karyeramın inkişafı üçün ən yaxşı yolu seçirəm. Söz-söhbətləri şərh etmək istəmirəm, məşq edirəm, formamı saxlayıram və meydana qayıtmağa hazıram”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar