Dünya futbolu
“Fərdi mükafatın mənim üçün əhəmiyyəti olmadığını desəm, yalan olar”
30.09.2024 | 14:30
“Bayern”in və Almaniya yığmasının yarımmüdafiəçisi Camal Musiala 2024-cü ilin ən yaxşı oyunçusu üçün “Qızıl top” mükafatına namizədlər siyahısına daxil edilməməsindən danışıb.
Sports.az Musialanın bu barədə fikrini təqdim edir:
“Hər hansı fərdi mükafatın mənim üçün əhəmiyyəti olmadığını desəm, yalan danışmış olaram. Düşünürəm ki, hər bir iddialı futbolçu hansısa fərdi mükafatı qazanmaq istəyir. Ən əsası odur ki, ötən mövsüm çətin keçdi, ona görə də bu mövsüm daha yaxşı çıxış etməliyik. Əsas diqqətim kuboklar qazanmaqdır, qalan məqamlar isə vaxtı gələndə baş verəcək”.