“Barselona” maliyyə vəziyyətini yaxşılaşdıracaq

“Barselona” “Nike” şirkəti ilə 2028-ci ildə başa çatacaq himayədarlıq müqaviləsinin müddətini uzatmağa razılaşıb.

Sports.az xəbər verir ki, tərəflər arasında bağlanmış yeni razılaşmanın şərtlərinə görə, Kataloniya klubu amerikan şirkəti ilə əməkdaşlığı müqabilində ildə 100 milyon avro məbləğdən çox qazanc götürəcək.

“Blauqrana”nın müqavilənin müddətinin uzadılmasına görə əlavə üstəlik alacağı da vurğulanır. Yeni sərmayə sayəsində “Barselona” yeni oyunçuları maneəsiz qeydiyyatdan keçirməyə imkan verən 1:1 maliyyə qaydasına nail ola biləcək.

Müqavilə oktyabrın 19-na planlaşdırılmış rəsmi mərasimdə imzalanmalıdır.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar