Bellingem Vinisiusun irqçiliklə mübarizəsi haqda danışdı

“Real”ın ingilis yarımmüdafiəçisi Cud Bellingem, “qaymaqlılar”ın braziliyalı cinah hücumçusu Vinisius Juniorun cari ilin mart ayında Braziliya milli komandası üçün mətbuat konfransı zamanı irqçiliklə mübarizənin vacibliyindən danışarkən kövrələrək ağlamasına və hiss etdiyi duyğulara münasibətini açıqlayıb.

Sports.az ingilis futbolçunun bu barədə fikrini təqdim edir:

“Vini” mətbuat konfransında çox kədərli görünürdü. O, irqçiliklə mübarizədən danışanda yaxşı iş görür. “Vini”ni belə görmək ağırdır. Tanıdığım Vinisius həmişə gülümsəyir və həvəsləndirir, bu da mənə təsir edir. O, hətta futboluna xitam vermək seçimindən də danışmışdı”.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar