“Fənərbaxça”da ciddi itki

Türkiyənin "Fənərbaxça" komandasının müdafiəçisi Çağlar Söyüncü UEFA Avropa Liqasında Liqa mərhələsinin 2-ci turunun oyununu zədə səbəbindən buraxacaq.

Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun sol ayağında zədə aşkarlanıb.

O, bu səbəbdən Niderland təmsilçisi "Tvente"yə qarşı matçda meydana çıxa bilməyəcək.

Sözügedən qarşılaşma oktyabrın 3-də Niderlandda baş tutacaq.

Son xəbərlər

DAHA ÇOX

Ən çox oxunanlar