Dünya futbolu
“Barselona”nın zədəli futbolçusu sıraya döndü
01.10.2024 | 11:00
"Barselona"nın futbolçusu Frenki de Yonq zədəsini sağaldıb.
Sports.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ümumi qrupla məşqləri bərpa edib.
O, Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda keçiriləcək "Yanq Boyz"la matçda meydana çıxa biləcək.
Məlumatı "Barselona"nın baş məşqçisi Hans-Diter Flik təsdiqləyib.
De Yonq bu ilin aprelində keçirilmiş "el klasiko"da zədələnmişdi.